Bu ilin I rübündə koronavirus pandemiyasının təsiri ilə ABŞ banklarının mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 69,6% azalaraq 18,5 milyard ABŞ dollara enib.
Bu barədə ABŞ-ın Federal Əmanətlərin Sığortalanması Agentliyi (FDIC) məlumat yayıb.
Məlumatda bildirilir ki, eyni dövrdə “iqtisadi fəaliyyətin pisləşməsi” bankların artan problemli kreditlərin aktivlərdən silinməsi və gələcək zərərlərdən qorumaq üçün milyardlarla ABŞ dolları ayırmasına səbəb olub.
Qeyd edək ki, hesabat dövründə ölkədəki bankların yarısından çoxunun mənfəətində azalma, 7,3%-in isə ümumiyətlə mənfəəti olmayıb. Belə ki, bankların kredit zərərləri üçün ayrılan ehtiyatlar illik müqayisədə təxminən 280% artaraq 38,8 milyard ABŞ dollara yüksəlib. Vaxtı keçmiş və vaxtında ödənməmiş kreditlərin miqdarı təxminən 15% artıb.