ABŞ-ın Nəqliyyat Nazirliyi Belarusa aviabilet satışının qadağan edilməsi barədə qərar qəbul edib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir ki, sənəd keçən həftə müzakirəyə çıxarılıb və etiraza səbəb olmadığı üçün qüvvəyə minib. Qərar Minskdəki “Ryanair” təyyarəsi ilə əlaqəli olub.
Bildirildiyi kimi, üçüncü ölkədəki nəqliyyat şirkətinin iştirakı ilə həyata keçirilən uçuşlar da qadağan edilib. ABŞ hökuməti “humanitar və ya milli təhlükəsizlik daxil olmaqla”, milli maraqlara uyğun olan səbəblər üçün istisna edəcəyini açıqlayıb.
Mütəxəssislərin fikrincə, hal-hazırda ABŞ-ın Belarus ilə birbaşa sərnişindaşımaları yoxdur, bu səbəbdən qadağa simvolik xarakter kəsb edir.
Xatırladaq ki, Ağ Ev mayın 23-də “Ryanair” təyyarəsi təcili olaraq eniş etdikdən sonra Belarusla hava xidməti müqaviləsini dayandırdığını elan edib. Belə ki, həmin reysdə “Nexta” adlı “Telegram” kanalının qurucusu Roman Protaseviç və xanımı Sofiya Sapeqa uçub. Avropa İttifaqı Belarus aviaşirkətlərinə hava məkanı üzərindən uçuşları iyunun əvvəlində qadağan edib.
https://www.kommersant.ru/doc/4889451