“Bu gün Nəqliyyat Departamentindən Havana da daxil olmaqla, Kubanın bütün hava limanlarına fərdi çarter reyslərinin dayandırılmasını xahiş etdim”.
Sputnik xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pampeo bildirib.
Onun sözlərinə görə, tibbi məqsədlər üçün bəzi məhdud hallar istisna olunacaq: “Təcili tibbi, axtarış və xilasetmə məqsədləri üçün xüsusi çarter uçuşları istisna təşkil edir. ABŞ və Kuba arasında digər bütün çarter uçuşlar dayandırılacaq”.
Pampeo əlavə edib ki, bu addım ABŞ-ın maraqlarına xidmət edir.