Amerika Birləşmiş Ştatları BMT-nin üç qurumu vasitəsilə Əfqanıstana 150 milyon dollar yardım edib.
Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Uest bildirib.
“Biz Əfqanıstandakı iqtisadi böhranı aradan qaldırmaq üçün səylə çalışırıq. 150 milyon dollar ərzaq təhlükəsizliyi probleminin həllinə, əfqan uşaqlarının məktəbdə qalmasına və qadınların və qızların səlahiyyətlərinin artırılmasına kömək edəcək”, – Uest açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına 80 milyon dollar, BMT-nin Uşaq Fondu UNICEF-ə 40 milyon dollar, BMT-nin Qadınlar Təşkilatına isə 30 milyon dollar ayırıb.