9 C
Baku
Thursday, December 12, 2024

ABŞ bosniya və herseqovinalı Baş nazirə sanksiya tətbiq edib

ABŞ-ın Maliyyə Nazirliyi Bosniya və Herseqovinadakı iki inzibati vahiddən biri olan Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliçi sanksiyalar siyahısına daxil edib.

F.Novaliçin qanunları pozduğu, təqaüdçülər haqqında məlumatlardan siyasi partiyasının xeyrinə istifadə etdiyi və 2018-ci il seçkilərinə bir həftə qalmış məlumatlardan istifadə edərək müəyyən etdiyi seçicilərə pensiyaları artıracağını vəd edən məktublar göndərdiyi iddia olunub. Bu hərəkətləri ilə vəzifəsindən sui-istifadə edərək partiyasının xeyrinə qərarlar qəbul etməkdə günahlandırılan F.Novaliçin Bosniya və Herseqovinadakı demokratik prosesə zərər verdiyi bildirilib.

Bundan başqa, bosniya və herseqovinalı biznesmen Slobodan Stankoviçlə əlaqəli olan “Integral Inžinjering a.d.” şirkəti də ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

Sanksiya tətbiq edilən şəxslərin və şirkətlərin ABŞ-dakı və ya Birləşmiş Ştatlar vətəndaşlarının nəzarətindəki aktivləri bloklanacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər