1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək

ABŞ ölkələr arasında KXDR-dən gələn təhdidlərin qarşısının alınmasının gücləndirilməsinə dair razılaşma çərçivəsində Cənubi Koreyaya “Ohio” sinifli ballistik raket sualtı qayıq göndərəcək.

Bu barədə Pentaqonun spikeri Patrik Rayder deyib.

Razılaşmaya əsasən, Amerika nüvə sualtı qayıqları mütəmadi olaraq sahil sularına səfər edəcək. Bundan əlavə, ABŞ strateji qüvvələrinin komponentləri Cənubi Koreyaya daha tez-tez və daha uzun müddətə yerləşdiriləcək.

Rayder sualtı qayığın təhvil verilmə vaxtı və onun nüvə silahı ilə təchiz olunma ehtimalı barədə məlumat verməkdən imtina edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər