ABŞ hakimiyyəti yaxın vaxtlarda Çinə qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayacaq. Banker.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Keyli Makineli jurnalistlərə verdiyi mətbuat brifinqində məlumat verib. Qeyd edildiyi kimi, konkret olaraq hansı tədbirlərin müzakirə olunduğu məlum deyil.
Xatırladaq ki, daha əvvəl Trampın milli təhlükəsizlik köməkçisi Çini Vaşinqtonla münasibətlərdə Honkonqun xüsusi statusunu geri almaqla hədələmişdir. Planda olan tədbirlərdən biri isə ABŞ-da bəzi Çin tədbiqlərinin, o cümlədən TikTok və Wichat-ın bloklanmasıdır.
Buna cavab olaraq Çin iki ölkə arasındakı münasibətlərin ciddi problemlə üzləşdiyini bildirib. Çin Xarici İşlər Nazirliyinin rəhbəri Van Yinin sözlərinə görə, ABŞ Çini rəqib və hətta düşmən kimi görür.