7 C
Baku
Thursday, December 12, 2024

ABŞ Çinə qarşı yeni sanksiyalar planlaşdırır

ABŞ Prezidenti Cozef Bayden administrasiyası Çinə satıla biləcək süni intellekt çipləri və avadanlıqlarına yeni nəzarət planı tətbiq etməyi planlaşdırır.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Çinə qarşı yeni məhdudiyyətlər gələn həftənin əvvəlində elan edilə bilər. Ağ Ev bununla Çinin süni intellekt sahəsində hərbi üstünlüyünün qarşısını almaq niyyətindədir.

Məhdudiyyətlər, həmçinin yarımkeçiricilərin istehsalı üçün istifadə olunan avadanlığın ixracına aiddir.

Son xəbərlər
Digər xəbərlər