Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, ABŞ Çin mallarına tarifləri 104%-ə qaldırıb. Tariflər aprelin 9-dan qüvvəyə minəcək.
Xatırladaq ki, aprelin 2-də Donald Tramp Çin də daxil olmaqla 185 ölkəni əhatə edən “qarşılıqlı” tariflər haqqında sərəncam imzalayıb. Buna cavab olaraq Çin səlahiyyətliləri ABŞ-dən idxal olunan bütün məhsullara 34% əlavə rüsum tətbiq ediləcəyini açıqlayıb. Donald Tramp Çindən cavab tədbirlərini dayandırmağı tələb edib və əlavə tariflərlə hədələyib.