9 C
Baku
Thursday, December 12, 2024

ABŞ Çin şirkətləri və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ administrasiyası Pekinin Rusiya hərbi-sənaye kompleksini dəstəklədiyinə görə Çin şirkətləri və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell bildirib.

“Düşünürəm ki, bizim əsas diqqətimiz Rusiyanı sistematik şəkildə dəstəkləyən Çin şirkətlərinə yönəlib. Biz həmçinin maliyyə institutlarını diqqətlə yoxlayırıq. Təkcə ABŞ tərəfindən deyil, digər ölkələrdən də ciddi narazılığımızı göstərən addımlar atılacaq”, – deyə o vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər