8 C
Baku
Thursday, December 12, 2024

ABŞ Çinin logistika kanallarına hücum edə bilər

“Tayvana qarşı aqressiv addımlar atacağı təqdirdə ABŞ bu manevrləri çətinləşdirmək üçün Çinin logistika kanallarına hücum edəcək”.

Bunu amerikalı general Klinton Haynot Atlantik Şurada keçirilən konfransda deyib.

General, həmçinin Çinin “potensial rəqib” kimi bu bəyanatı nəzərə alacağına ümid etdiyini də bildirib.

Haynot qeyd edib ki, ABŞ istənilən münaqişədə logistik komponentin nə qədər vacib olduğunu anlayır.

“İntensiv hərbi münaqişədə maddi-texniki dəstəyi təmin etmək çətindir”, – general əlavə edib.

Haynot vurğulayıb ki, ABŞ hazırda Çinin logistikasını dayandırmaq üçün bütün imkanlara malikdir.

Xatırladaq ki, Tayvan boğazı və bütün Asiya-Sakit okean regionunda vəziyyət ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra gərginləşib. Səfər Çinin kəskin tənqidinə səbəb olub. Pekin dəfələrlə Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək mövqe tutan Pelosinin səfəri baş tutarsa, cavab tədbirləri görəcək.

Artan gərginlik fonunda Çin Silahlı Qüvvələri avqustun əvvəlindən öz sahillərində bir sıra təlimlər keçirib. Çin ordusu da Tayvan adası ətrafındakı akvatoriyanın 6 bölgəsində raket atışları ilə irimiqyaslı hərbi təlimlər keçirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər