Birləşmiş Ştatlar özünün potensial düşmənləri olan Çin və Rusiyanı mümkün toqquşmadan daha effektiv şəkildə çəkindirmək üçün B-52 strateji bombardmançı təyyarələri donanmasını modernləşdirməyə hazırlaşır.
Ekspertlərin fikrincə, adi və ya nüvə silahları ilə təchiz oluna bilən B-52 strateji bombardmançı təyyarələrinin modernləşdirilməsi rəqibləri “səmərəli şəkildə çəkindirmək” üçün son dərəcə vacibdir.
Məlumata görə, 2027-ci ilə qədər B-52-lər hipersəs raketləri ilə təchiz ediləcək.
Həmçinin, yeni silahlarla yanaşı, bombardmançılar yeni mühərriklə təchiz olunacaq.
Qeyd edik ki, ümumilikdə, B-52 strateji bombardmançılarının modernləşdirilməsi, Pentaqonun sənədlərinə görə, ABŞ-a 11.8 milyard dollara başa gələ bilər.