20 C
Baku
Friday, May 10, 2024

ABŞ-də əmək bazarı FED-in istədiyi kimi soyumur – İşsizlik 3.5%-ə düşdü

Əmək bazarında yavaşlama əlamətlərinin artması ilə əlaqədar olaraq, qeyri-kənd təsərrüfatı əmək haqqı mart ayında gözləntilərə uyğun olaraq artıb.

Baneker.az xəbər verir ki, bu barədə Əmək Statistikası Bürosunun məlumatına görə, ABŞ-də qeyri-kənd təsərüfatı (NFP) üzrə işləyənlərin sayı mart ayında 236 min təşkil edib. Gözlənti isə 239 min idi.

Birjalar üçün əsas əlamətdar daha bir göstərici işsizlik səviyyəsidir. ABŞ-da işsizlik səviyyəsi 3.6% sabit qalacağı gözlənildiyi halda martda 3.5%-ə düşüb. Cari işsizlik səviyyəsi göstəricisi 2019-cü ilin yayından bu tərəfə ən aşağı səviyyəyə enib.

Əmək haqqı artımı ilə yanaşı, orta saatlıq qazancda 0.3% artım olub və 12 aylıq artımı 4.2%-ə çatdırıb ki, bu da 2021-ci ilin iyun ayından bəri ən aşağı səviyyədir. Bu aşağı göstərici ona görə sayılır ki, ölkə ərazisində hazırda 6% üzərində inflyasiya höküm sürür.

Bütün bu göstəricilər hazırda ABŞ Federal Ehtiyat Sistemi tərəfindən izlənilir. Mərkəzi bank 1980-ci illərin əvvəllərindən bəri ən sürətli sərtləşmə dövrü və spiral inflyasiyanı aşağı salmaq cəhdi olan əsas bençmark – uçot faiz dərəcəsini faizini 0.25%-dən 5.00%-ə faiz bəndi artırdı.

Bir neçə FED rəsmisi bu həftə inflyasiya ilə mübarizəyə sadiq qaldıqlarını və faiz dərəcələrinin ən azı yaxın müddətdə yüksələcəyini işarə etdilər. Bununla belə, bazarlar məsələdə skeptik olaraq qalır. Son qiymətləndirmələrdə may ayında son faiz artımı olacağına dair kiçik azalma müşahidə edilir. 2023-cü ilin sonuna qədər azaldıla bilməsi də müzakirə mövzusuna çevrilib.

İnvestorlar narahatdırlar ki, FED-in bu addımı üzdən bir resessiya ilə nəticələnsin. Əlavə olaraq bank böhranı aktual olaraq qalır.

Hazırda bu xəbər ABŞ dollarının 6 valyuta qarşısında ölçülən indeksinə 101.60 səviyyəsindən 101.85 bənd səviyyəsinə qədər artım təsiri göstərib.

EUR/USD 0.16% azlaraq 1.0903 səviyyəsinə, GBP/USD 0.18% azlaraq 1.2416 səviyyəsinə düşərkən, USD/JPY 0.28% artımla 132.11 səviyyəsinə, USD/CAD % artımla 1.3506-ya qalxıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər