ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı Qayanaya dünya neft bazarında mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib.
Yaxın Şərq münaqişəsi və neft tədarükünün kəskin azalması fonunda Qayananın neft gəlirləri 2026-cı ildə 6,5 milyard dollara çata bilər. Bu, ilin əvvəlində verilmiş proqnozdan iki dəfə çoxdur.
Nəşrin məlumatına görə, İrana qarşı hərbi əməliyyatlar neft qiymətlərinin artmasına səbəb olub. Bu fonda ölkələr pilotsuz uçuş aparatlarının hücumları təhlükəsi olmayan alternativ enerji resursları tədarükü mənbələri tapmağa çalışırlar.
Qayananın paytaxtı Corctaundan olan iqtisadçı Riçard Rambarran nəşrə bildirib ki, hazırda ölkə gündəlik 900 min barelə yaxın neft hasil edir. Onun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu göstərici gündəlik 1,7 milyon barelə qədər arta bilər.
Qayana Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin birinci yarısında ölkə gündəlik 639 min barel neft hasil edib. Qurumun qiymətləndirməsinə görə, 2026-cı ilin birinci yarısında ölkənin neft-qaz sektorunda hasilat 41,3 %, neft ixracı isə 82,1 % artıb.
2025-ci ilin noyabrında Hindistan enerji daşıyıcılarının tədarük mənbələrinin diversifikasiyası çərçivəsində 2021-ci ildən bəri ilk dəfə Qayanadan 2 milyon barel neft alıb.







