25 C
Baku
Saturday, April 20, 2024

ABŞ-də göstərici açıqlandı: Bu dəqiqələrdə dollar valyutalara qarşı dəyər itirir

ABŞ-də dolların məzənnəsinə həftə ərzində təsir edəcək əsas göstərici açıqlandı.

Banker.az ABŞ-ın Əmək Statistikası Bürosuna istinadən xəbər verir ki, ABŞ-da orta illik inflyasiya 2022-ci ilin noyabrında birjanın gözləntisindən daha kəskin düşüb.

Belə ki, orta illik inflyasiya 7.7%-dən 7.1%-ə düşməklə, gözləntilərdən daha çox azalıb. Birja iştirakçıları bunun 7.3% olacağını proqnoz edirdi.

ABŞ-də aylıq inflyasiya 0.1% olmaqla proqnozdan (0.3%) daha çox azalıb. Aylıq baza inflyasiya isə 0.3%-dən 0.2%-ə qədər azalmış olub.

İnflyasiyanın gözləntilərdən daha çox azalması nə deməkdir?

Bu o deməkdir ki, ABŞ Federal Ehtiyat Sistemi inflyasiyanın gözləntidən daha çox azalması ilə, onun artıq uçot faiz dərəcəsi ilə bağlı qərar verərkən bir qədər tempi aşağı salmağa sövq edir.

Artıq 4 dəfə ard-arda 75 baza bəndi faizləri artırmaqla 4.00%-ə qaldırıb. Sabahkı iclasda isə 50 baza bəndi faizləri artıra biləcəyi ehtimal edilir. Bu indiyə qədər ABŞ dollarının bazar tərəfindən dəyərləndirməsinə bir qədər təsir edir.

Növbəti iclasda əsas izlənilən məsələ “dot plot” rəqəmləridir ki, ABŞ-ın növbəti il üçün uçot faiz dərəcəsi üzrə pik nöqtəsinin hara kimi qaldıra bilər.

Hazırda 6 əsas valyuta səbəti qarşısında ölçülən ABŞ dolları indeksi (DXY) 1.19 bənd, yaxud 1.14% azalmaqla 103.57 bəndə düşüb.

EUR/USD cütülüyü 0.97% artımla 1.0636 səviyyəsinə, GBP/USD 1.17% artımla 1.2420 səviyyəsinə yüksələrkən, USD/CAD 0.7% azalma ilə 1.3540 və USD/CHF isə 0.99% azalma ilə 0.9267 səviyyəsinə düşüb.

234234234

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər