12 C
Baku
Friday, November 1, 2024

ABŞ-də inflyasiya 3.4%-ə qədər yavaşlayıb

Aprel ayında ABŞ-də istehlak qiymətləri illik müqayisədə 3.4% artıb. Məlumatlar dünən, mayın 15-də ABŞ Əmək Departamenti tərəfindən təqdim edilib. Beləliklə, inflyasiya mart ayı ilə müqayisədə (3.5%) bir qədər azalıb və son bir neçə ayda ilk dəfə olaraq analitiklərin proqnozlarından yüksək olmayıb.

Ərzaq və enerji kimi əhəmiyyətli mövsümi qiymət dəyişkənliyi olan malları istisna edən əsas istehlak qiymətləri indeksi 3.6% artıb ki, bu da 2021-ci ildən bəri ən zəif artım olub. İnflyasiya məlumatlarının dərcindən sonra Amerikanın bütün əsas indeksləri bahalaşıb: Dow Jones – 0.7%, S&P 500 – 0.9%, NASDAQ – demək olar ki, 1%.

“The Wall Street Journal”ın sitat gətirdiyi analitiklərin fikrincə, indiki inflyasiya məlumatları FED-in uçot faiz dərəcəsini aşağı salmaq qərarına gəlməsi üçün kifayət deyil; digər göstəricilər də bu qərara kömək edə bilər – məsələn, aprel ayında ABŞ-də işsizlik bir qədər artaraq 3.9%-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər