10 C
Baku
Thursday, December 12, 2024

ABŞ-dən Azərbaycan əhalisinə pul köçürmələr 2 dəfə artıb

2022-ci ildə Azərbaycana ABŞ-dən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi kəskin artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirib.

Hesabat müddətində, Azərbaycanda yaşayan əhaliyə ABŞ-dən 155.34 milyon dollar həcmində pul köçürülüb.

Bu da illik müqayisədə 82.83 milyon dollar, yaxud illikli müqayisədə 2 dəfə artım deməkdir.

ABŞ Azərbaycandakı əhaliyə pul köçürmələrdə Rusiyadan sonra ikinci ən çox pul göndərən ölkədir.

Bununla belə, Azərbaycan əhalisindən ABŞ-a pul köçürəmələrin həcmi illik müqayisədə 85.76 mln. dollar, yaxud 2.7 dəfə artaraq 136.82 mln. dollar təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə xaricdən Azərbaycan vətəndaşlarına ümumilikdə 3 milyard 620 milyon 117 min ABŞ dolları pul köçürülüb.

Son xəbərlər
Digər xəbərlər