ABŞ-da əmək haqlarının artması dolları bahalaşdırır

Oktyabrda ABŞ iqtisadiyyatının qeyri-aqrar sektorunda 161 min yeni iş yeri açılıb. Analitiklər bu rəqəmin 175 min olacağını proqnozlaşdırmışdı.

Rəsmi statistikaya əsasən, ötən ay işsizliyin səviyyəsi 4,9% olub ki, bu da analitiklərin proqnozu ilə üst-üstə düşüb. Xatırladaq ki, sentyabrda işsizliyin səviyyəsi 5% təşkil edib.

1 saat üçün orta əmək haqqının məbləği ay ərzində 0,4% artıb ki, bu da 0,3% səviyyəsində olan proqnozdan çoxdur.

Əsas göstərici (iş yerlərinin sayı) proqnozu doğrultmasa da, orta əmək haqqının artması dolların əsas valyutalara qarşı möhkəmlənməsinə səbəb olub.

APA

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər