ABŞ-da 124 illik hidroelektrik stansiya bitkoin mayninq etməyə başlayıb

Mehanikvilldə (Nyu-York ştatı) yerləşən hidroelektrik stansiya – Amerikanın ən qədim stansiyalarından biridir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

O, 1897-ci ildə inşa edilib. 1980-cı illərdə hidroelektrik stansiyanın bağlanması planlaşdırılıb, lakin bunun əvəzinə “Albany Engineering Corp” şirkəti onu 40 il icarəyə götürərək muzey kompleksinə çevirib. Hal-hazırda bu stansiya bitkoin mayninqi üçün istifadə olunur.

Enerji ümumi gücü 5 MVt olan yeddi turbin vasitəsilə istehsal olunur – bu, 1897-ci ildən bəri dəyişdirilməyən tamamilə orijinal avadanlıqdır. Onun az tutumlu olması “Albany Engineering Corp” şirkətinin rəhbəri Cim Beşi istehsal olunan elektrik enerji üçün daha sərfəli tətbiq sahəsi axtarmağa məcbur edib. Məlum olub ki, bitkoin mayninqi hər kVt başına doqquz sent gəlir gətirir, elektrik enerjisinin satışı isə cəmi üç sent.

Şirkət rəhbəri ikinci əl mayninq avadanlığını alaraq, onu hidroelektrik stansiyada quraşdırıb. Cim Beşin sözlərinə görə, “bu, bitkoin mayninqinin ən əla üsuludur”, çünki hidroenerji tamamilə bərpa olunandır və ekoloji cəhətdən təmizdir. O, kriptovalyutaları etibarlı əmanət vasitəsi hesab etmədiyi üçün əldə etdiyi bitkoinləri dərhal satır.

Hal-hazırda bitkoin generasiyasına istehsal olunan enerjinin yalnız bir hissəsi xərclənir. Cim Beş mayninqi əsas gəlir mənbəyinə çevirməkdən qorxur, çünki Nyu-Yorkda ştat ərazisində kriptovalyuta mədənini qadağan edən yeni qanun layihəsi hazırlanır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.