ABŞ-da 17 yaşlı Sem Berns ağır xəstəlik səbəbindən vəfat edib. Bu xəstəliyin nəticəsində onun orqanizmi vaxtından tez qocalmışdır. Həkimlər bu xəstəliyin bir milyon insanda bir dəfə rast gəlindiyini bəyan ediblər.
O “Semin gözündən həyata baxış” sənədli filminin qəhrəmanı olmuşdur. “Qocalmış” yeniyetmənin həyatından bəhs edən film “Oskar” mükafatına namizəd olmuşdur və tamaşaçılar tərəfindən çox sevilmişdi.
Progeriaya cavabdeh olan gen 10 il bundan öncə aşkarlanmışdı. Lakin bugünkü günə qədər bu xəstəliyin müalicəsi tapılmayıb.
Vaxtından öncə qocalmaqdan əziyyət çəkən insanlar orta hesabla 13 il yaşayırlar.