17 C
Baku
Monday, May 6, 2024

ABŞ-da 2021-ci ilin əvvəlindən bəri ən böyük IPO keçirilib

“Investing.com” – “Johnson & Johnson”un istehlakçı sağlamlığı məhsullarını istehsal edən “Kenvue” bölməsi 2021-ci ilin əvvəlindən bəri ABŞ-da ən böyük IPO keçirərək, 3.8 milyard dollar toplayıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Kenvue” səhmləri agentliyin analitiklərinin proqnozlarına uyğun olaraq 22 dollar qiymətinə satılıb. Şirkət həmçinin satışa çıxarılan səhmlərin sayını 151 milyondan 172.8 milyona yüksəldib. Beləliklə, onun bazar dəyəri 41 milyard dolları keçib. IPO-dan əvvəl “Johnson & Johnson” şirkətinin bu bölməsi 40 milyard dollar dəyərində qiymətləndirilib.

“Kenvue” şirkəti qızdırmanı aşağı salan “Tylenol” dərmanı, nikotin asılılığını aradan qaldıran “Nicorette” preparatı, “Johnson’s Baby” şampunu və “Neutrogena” kosmetikası da daxil olmaqla, reseptsiz dərmanlar və sağlamlıq məhsulları satan onlarla “J&J” markasını əhatə edir. 2022-ci ildə bölmənin təxminən 15 milyard dollar gəliri və 1.5 milyard dollar xalis mənfəəti olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər