ABŞ-ın aparıcı investisiya banklarında (“Goldman Sachs”, “Moelis”, “Centerview Partners”) çalışan 6 bankir qeyri-qanuni yolla gəlir əldə etməkdə ittiham olunur.
Report agentliyi bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.
İttihama görə, onlar 2013-cü ildən bəri şirkətlərin daxili məlumatlarını ələ keçirməklə ticarət əməliyyatları aparıblar. Artıq həmin bankirlərdən 3-ü həbs olunub.