ABŞ-da Azadlıq heykəlinin yaxınlığında partlayış baş verib.
ABC telekanalına istinadən məlumata görə, buna görə Liberti adasından 3 mindən çox adam təxliyyə olunub.
Hadisəyə səbəb heykəl yaxınlığındakı qaz balonlarının partlaması olub.
İlkin ehtimala görə, partlayış tikinti işləri aparan şəxslərin təhlükəsizlik qaydalarını pozmaları nəticəsində baş verib. Fəhlələrdən biri yanıq xəsarətləri alıb.
Oxu.Az