11 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-da bir startap kredit kartı əvəzləyicisini yaratdı

Banker.az xəbər verir ki, Amerikanın Qvivr startapı nəhayət ki, “kredit kartı üçün kart”-ı buraxacaq. Bu cihaz kredit, debet, hədiyyə və endirim kartlarını eyni bir platformada birləşdirərək onları əvəz etməyi vəd edir.

Swyp adlı cihaz özlüyündə nazik metal plastini birləşdirir. Bu unikal pulqabıya öz kartlarınızı əlavə etmək üçün telefonla Bluetooth-əlaqə yaratmaq tələb olunur.

Kartları idarə etmək də bir o qədər asandır. Kiçik displey və üzərində olan 3 düymə ilə istifadəçi konkret alış-veriş üçün hansı kartından istifadə etmək istədiyini seçir. Cihaz güclü akkumlyatoru sayəsində ilk iki il ərzində enerji ilə təmin edilməyə ehtiyac duymayacaq.

Qeyd edək ki, Qvivr startapı son iki ildir ki, smart-pulqabıların yaradılması ilə məşğuldur. Bu cihazın geniş miqyaslı buraxılışı hələ keçən ilin yayında baş tutmalı idi. Lakin istehsalatda yaranan problemlər səbəbindən təxirə salındı. Khosla Ventures tərəfindən 5 milyon dollar həcmində maliyyələşdikdən sonra istehsalat bərpa edildi və artıq bir neçə ay sonra minlərlə insan bu cihazlardan istifadə edə biləcək.

SWYP 814x512

Son xəbərlər
Digər xəbərlər