25 C
Baku
Saturday, July 27, 2024

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb.

Bu barədə Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) məlumat yayıb.

Kredit təşkilatının bağlanmasının səbəbləri göstərilmir. FDIC Əmanətlərin Sığortalanması Fondunun (DIF) bank müştərilərinin kompensasiyası üçün xərclərini 54,2 milyon ABŞ dolları məbləğində qiymətləndirib.

Bankın müştəri depozitləri və aktivləri “Dream First Bank of Syracuse”a (o da Kanzasda yerləşir) ötürülüb. Nəticədə “Heartland Tri-State Bank”ın dörd filialı iyulun 31-dən etibarən yenidən açılacaq, lakin artıq “Dream First Bank”ın filialları kimi.

Qeyd olunur ki, “Heartland Tri-State Bank”ın aktivləri təxminən 139 milyon dollar təşkil edib və bunun da təxminən 130 milyon dolları depozitlərdir.

FDIC bağlanan bankın müştərilərinin pullarını əldə edə biləcəklərini, lakin onların avtomatik olaraq artıq “Dream First Bank” müştərilərinə çevriləcəklərini bildirib. İyulun 28-dən əvvəl hesablanmış əmanətlər üzrə faizlər eyni dərəcədə ödəniləcək. Qalan ödənişləri “Dream First Bank” yenidən nəzərdən keçirəcək.

Qeyd edək ki, bu, 2023-cü ildə ABŞ-da bağlanan dördüncü bankdır. Belə ki, mart ayında “Silicon Valley Bank” müflis olub, ardınca da “Signature Bank” və “First Republic Bank” bağlanıb.

Son xəbərlər
Digər xəbərlər