6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da evsizlərə ayda $1250 ödəniləcək

Nyu-York şəhərinin səlahiyyətli orqanları, o cümlədən bir sıra xeyriyyə təşkilatları sosial təcrübə keçirməyə qərar veriblər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Onlar bir qrup gənc evsizə hər ay 1250 dollar ödəyəcəklər. Qeyd edildiyi kimi, proqram çərçivəsində şəhər rəhbərliyi sığınacaqsız insanların normal həyat qura, iş və yaşayış yeri tapa biləcəyini (və ya bilməyəcəyini) öyrənmək istəyir.

“Fox News”un verdiyi məlumata görə, sınağın əvvəlində 18-24 yaş arası 30-40 nəfər evsiz seçiləcək. İki il ərzində onlara ayda 1250 dollar ödəniləcək. Bu, MDB ölkələrinin orta statistik işçinin aldığı əmək haqqından təxminən üç dəfə çoxdur.

Nyu-Yorkun meri Bill de Blazio bu təşəbbüsün şəhərdəki “gənclərin evsizliyinə” son qoymağa kömək edəcəyinə ümid edir. Təcrübə sonunda iştirakçıların uğurları müqayisə ediləcək.

İlkin mərhələdə proqramın maliyyələşdirilməsi üçün təxminən 2.5 milyon dollar ayrılacaq. Vəsaitin bir hissəsi Nyu-York büdcəsindən olacaq.

Son xəbərlər
Digər xəbərlər