16 C
Baku
Monday, April 29, 2024

ABŞ-da fövqəladə vəziyyət elan olundu

Birləşmiş Ştatların Meksika ilə sərhəddə yerləşən El Paso şəhərində miqrantlara görə fövqəladə vəziyyət elan olunub.

Müvafiq bəyanatla şəhər meri Oskar Lizer çıxış edib.

Mer qeyd edib ki, o, federal tərəfdaşlarla miqrantlar ətrafında yaranmış vəziyyət barədə danışdıqdan sonra belə qərar verib:

“Mən federal tərəfdaşlarımızla danışdım, onlar inanırlar ki, çərşənbə günü miqrantların sayı 2,5 mindən 6 minə qədər artacaq”.

Fövqəladə vəziyyətin tətbiqi fonunda yerli hakimiyyət orqanları vəziyyətə reaksiya vermək üçün daha çox resurslar cəlb edə biləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər