19 C
Baku
Friday, May 3, 2024

ABŞ-da ilk bitkoin ETF-nin işə salınması kriptovalyuta rallisinə start verib

ABŞ-da ilk bitkoin birja investisiya fondunun (ETF) işə salınması inflyasiya ilə yanaşı, kriptovalyuta artımının əsas hərəkətverici qüvvəsi olub. Belə ki, bitkoin yenidən aprel ayında olduğu kimi 60 min dollar həddini keçib.

Banker.az xəbər verir ki, keçən həftəsonu ABŞ Qiymətli Kağızlar Komissiyası (SEC) “ProShares” (50 milyard dollardan çox vəsait idarə edir) investisiya fondunun müraciətinə cavab verərək, ilk dəfə olaraq bitkoin ETF-nin istifadəyə verilməsinə icazə verib. Bildirildiyi kimi, “Bitcoin Strategy ETF” bazar iştirakçılarına bitkoin fyuçerslərinə sərmayə qoymaq imkanını verir.

Hərraclar NYSE birjasında 19 oktyabrda, çərşənbə axşamı günü BITO tikeri altında başlamalıdır. “BITO bitkoini səhmlərdə və ETF-də əməliyyatları mənimsəmiş, lakin kriptovalyuta bazarına girmək və müvafiq hesab yaratmaq istəməyən, təhlükəsizlik risklərindən narahat olan sərmayəçilərə yol açacaq”, – deyə “ProShare” fondunun rəhbəri Maykl Sapir söyləyib.

Qeyd edildiyi kimi, 2017-ci ildən bu günə qədər Amerika fondları bitkoin ETF-lər üçün ən az 10 ərizə təqdim edib, lakin onlardan heç biri təsdiqlənməyib. “CNBC” vurğulayır ki, hazırda daha üç fond ərizəsi göndərib – “Valkyrie” və “Invesco and Van Eck”. Tənzimləyicinin mövqeyi 2021-ci ilin aprelində Co Bayden SEC-in yeni rəhbərini təyin etdikdən sonra dəyişib. Bu xəbərin fonunda bitkoin cümə günündən bu yana 5 min dollardan çox və ya 7.3% bahalaşıb. Məsələ burasındadır ki, bitkoin ETF kriptobirjalardan istifadə etmədən kriptovalyutalara sərmayə qoymağa imkan verir. Qeyri-peşəkar investor üçün bu bitkoinə investisiya qoymağı xeyli asanlaşdırır.

Doğrudur, qısamüddətli perspektivdə bitkoinin qiyməti düşə bilər. Kriptovalyuta ticarəti üzrə “Pantera Capital” fondunun rəhbəri hesab edir ki, investorlar “şayiələrə əsasən al, faktlara əsasən sat” prinsipinə riayət edirlər. Eyni zamanda bazarlara “balinaların” (aktiv saxlayan və bazar təklifini məhdudlaşdıran oyunçular) artan payı da təsir göstərir, çünki kapitallaşması 2.5 trilyon dollara çatan bitkoinlərin yarıdan çoxu onların payına düşür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər