İyun ayında ABŞ-da inflyasiya gözləniləndən daha çox düşüb bu FED-in 2 faizlik hədəfinə çox yaxındır.
Banker.az ölkənin Əmək Statistikası Bürosunun açıqlamasına istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi may ayındakı 4.0%-dən olduğu halda, iyun ayında 3.00%-ə düşüb. İqtisadçılar 3.1% olacağını proqnoz etmişdilər.
Bu da son iki ildən artıq müddətin ən aşağı səviyyəsidir. Keçən iyun ayında əldə edilən 9.1% səviyyəsindən kəskin yavaşlamadır.
İnflyasiya ayla müqayisədə 0.1% -dən 0.2% artıb. Bazar isə bunun 0.3% olacağını gözləyirdi.
Bu arada, qida və enerji kimi daha volatil maddələri çıxaran baza istehlak qiymətləri indeksi illik 4.8%-ə və aylıq 0.2%-ə qədər soyuyub. Proqnoz isə müvafiq olaraq 5.0%, 0.3% olacağı gözlənilirdi.
ABŞ Federal Ehtiyat Sistemi ötən ilin martından2 faizlik inflyasiya hədəfinə çatmaq üçün faizləri kəskin artırmağa başladı. 2022-ci ilin martında 0.25% olan uçot faiz dərəcəsini cari ilin mayına 5.25%-ə qaldırıb.
Son aylarda isə FED rəhbərlərinin çıxışı və protokollarla verilən siqnallarda növbəti faiz artımı üçün siqnallar verilirdi. Hazırda isə inflyasiyanın hədəfə doğru iri addımlarla yaxınlaşması FED-i bu qərardan yan keçə bilməsi üçün əsas səbəb ola bilər.
Bu xəbərdən sonra ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında formalaşan indeksi DXY 0.53% azalaraq 100.88 bənd təşkil edib.
Avro/dollar cütlüyünün məzənnəsi 0.43% artaraq 1.1056 səviyyəsinə yüksələrkən, dollar/yen cütlüyünün məzənnəsi 0.71% azalaraq 139.31 səviyyəsinə düşüb.