Həftənin çərşənbə axşamı ABŞ-nin Əmək Departamentinin verdiyi məlumata görə, qaz və yanacaq qiymətlərinin artması istehlakçıların xərcini artırdığı üçün inflyasiya 2023-cü ilin başlanğıcında da yüksəldi.
Ümumi əmtəə və xidmətlərin geniş səbətini ölçən istehlak qiymətləri indeksi ay ərzində 0.5% artdı ki, bu da illik 6.4% artıma çevrildi. Dow Jones tərəfindən sorğuda iştirak edən iqtisadçılar müvafiq olaraq 0.4% və 6.2% artım gözləyirdilər.
Qida və enerji istisna olmaqla, əsas baza inflyasiyası müvafiq 0.3% və 5.5% hesablamalara qarşı aylıq 0.4% və illik 5.6% artdı.
Bu göstərici ABŞ dollarının bahalaşması üçün əsas drayver ola bilər. Belə ki, Federal Ehtiyat Sistemi ölkədədə “çərçivədən çıxan” inflyasiyanı cilovlamaq üçün uçot faiz dərəcəsini artırıb ki, iqtisadiyyat və əmək bazarında bir qədər soyuma baş versin.
İndiki göstərici FED-in gələcəkdəki faiz artımları ilə bağlı qərarında təsir edə biləcəyi ehtimalı ilə investorlar dollar almağa və digər valyutaları satmağa meyilləndirir. Nəticədə ABŞ dollarının qiyməti bahalaşır.
Altı əsas valyuta səbətinə qarşı ölçülən ABŞ dollarının indeksi (DXY) 103.185 bəndə kimi artırsa da sonradan azalmağa başladı.
Reliz yayımı | Aktual | Proqnoz | Əvvəlki | |
Feb 14, 2023 (Jan) | 6.4% | 6.2% | 6.5% | |
Jan 12, 2023 (Dec) | 6.5% | 6.5% | 7.1% | |
Dec 13, 2022 (Nov) | 7.1% | 7.3% | 7.8% | |
Nov 10, 2022 (Oct) | 7.7% | 8.0% | 8.2% | |
Oct 13, 2022 (Sep) | 8.2% | 8.1% | 8.2% | |
Sep 13, 2022 (Aug) | 8.3% | 8.1% | 8.5% | |
Aug 10, 2022 (Jul) | 8.5% | 8.7% | 9.1% | |
Jul 13, 2022 (Jun) | 9.1% | 8.8% | 8.6% | |
Jun 10, 2022 (May) | 8.6% | 8.3% | 8.3% | |
May 11, 2022 (Apr) | 8.3% | 8.1% | 8.5% | |
Apr 12, 2022 (Mar) | 8.5% | 8.4% | 7.9% | |
Mar 10, 2022 (Feb) | 7.9% | 7.9% | 7.5% | |
Feb 10, 2022 (Jan) | 7.5% | 7.3% | 7.0% | |
Jan 12, 2022 (Dec) | 7.0% | 7.0% | 6.8% | |
Dec 10, 2021 (Nov) | 6.8% | 6.8% | 6.2% | |
Nov 10, 2021 (Oct) | 6.2% | 5.8% | 5.4% | |
Oct 13, 2021 (Sep) | 5.4% | 5.3% | 5.3% | |
Sep 14, 2021 (Aug) | 5.3% | 5.3% | 5.4% | |
Aug 11, 2021 (Jul) | 5.4% | 5.3% | 5.4% | |
Jul 13, 2021 (Jun) | 5.4% | 4.9% | 5.0% | |
Jun 10, 2021 (May) | 5.0% | 4.7% | 4.2% | |
May 12, 2021 (Apr) | 4.2% | 3.6% | 2.6% | |
Apr 13, 2021 (Mar) | 2.6% | 2.5% | 1.7% | |
Mar 10, 2021 (Feb) | 1.7% | 1.7% | 1.4% | |
Feb 10, 2021 (Jan) | 1.4% | 1.5% | 1.3% |