ABŞ-da ipoteka faizləri minimuma düşüb. Nəticədə bu, ipotekaya alınan evlərin sayının artmasına səbəb olub.
Banker.az bildirir ki, bu barədə “Reuters” yazır.
Məlumata görə, 30 illik kreditlər üzrə faiz dərəcələri 4,51-dən 4,45-dək düşüb.
15 illik kreditlər üzrə müvafiq göstəricilər isə 3,99-3,89 faiz təşkil edib.
Bu dəyişikliyin fonunda ipoteka müraciətlərinin sayı 20 faiz artıb. Artım dinamikası iki aydır müşahidə olunur.
©oxu.az