9 C
Baku
Thursday, December 12, 2024

ABŞ-da IQOS satışı qadağan edildi

ABŞ Beynəlxalq Ticarət Komissiyası IQOS tütün isitmə sistemlərinin idxalını və satışını qadağan edib.

Banker.az xəbər verir ki, buna səbəb tütün isitmə sistemlərini istehsal edən “Reynolds American” məhkəmə çəkişməsi olub.

İdxal və satış qadağası inzibati yoxlamadan iki ay sonra qüvvəyə minəcək. Qərar həmçinin ABŞ prezidenti Co Bayden tərəfindən imzalanacaq.

“Altria” nümayəndəsi “Reynolds American” patentlərinin etibarsız olduğunu etiraf edib. “Philip Morris” və “Altria” isə komissiya qərarından məhkəməyə şikayət etmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, “Altria” ABŞ-da IQOS satışına iki il əvvəl başlayıb, lakin təxminən on ildir ki, tütün isitmə qurğularını istehsal edir. Komissiyanın qərarı səbəbindən “Philips Morris”, “Altria” və “British Tobacco” səhmləri təxminən 1% ucuzlaşıb.

Bu ilin avqust ayının əvvəlində “Philips Morris”in ölkə səlahiyyətlilərinə qarşı beynəlxalq sanksiyalarla əlaqədar Belarusda IQOS satışını dayandırdığı məlum olub. İkinci rübdə respublikada tütün isitmə sistemlərinin satış payı 7%-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər