ABŞ-da işsizliyin səviyyəsi iyulda 4,3 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.
ABŞ-ın Əmək Departamentinin məlumatına görə, iyulda ABŞ-da işsizlik son üç ilin ən yüksək səviyyəsinə çatıb. Analitiklər orta hesabla 4,1 faiz səviyyəsində dəyişməz bir rəqəm gözləyirdilər.
Əmək Statistikası Bürosu hesabat dövründə ABŞ-ın 114,000 yeni iş yeri əlavə etdiyini bildirib. Bu, 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir.