ABŞ-da qeyri-kənd təsərrüfatı sahəsində 311 min yeni iş yeri açılmasına rəğmən, əmək bazarı Federal Ehtiyat Sisteminin istədiyi kimi soyudu.
Banker.az Wall Streer Jurnal-a istinadən xəbər verir ki, iqtisadçılar fevral ayında cəmi 210 min artacağını proqnoz edirdilər.
Lakin işsizlik səviyyəsi yanvarda 3.4% olduğu halda, fevral ayında 3.6%-ə yüksəldi ki, bu da mərkəzi bank və hökumətin inflyasiyanı cilovlamaq yolunda atdığı addımlar üçün uğurlu oldu.
Federal Ehtiyat Sisteminin inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini aqressiv şəkildə artırması ilə bir çox iqtisadçı indiyə qədər iş yerlərində qazancların soyuyacağını və ya hətta itkilərə çevriləcəyini gözləyirdi.
“Əmək bazarı bu nöqtədə, şübhəsiz ki, altı ay əvvəl düşündüyümüzdən daha güclüdür”- deyə, “Citigroup”un iqtisadçısı Veronika Klark bildirib.
İqtisadiyyatın böyük hissələri, o cümlədən restoranlar, xəstəxanalar və qocalar evləri əmək bazarında artıma təkan verir. Bu xidmət təminatçıları pandemiyanın başlanğıcında sosial uzaqlaşdırma tədbirləri ilə ən çox zərər görənlərdən idi. İndi, təxminən üç il sonra, işə götürməyi və boşluqları doldurmağı asan tapdıqları üçün sürətli bir şəkildə işə götürürlər.
ABŞ FED-nin rəhbəri ötən çərşənbə axşamı faizlərin yuxarı həddinin hələ gözləniləndən daha yuxarı çəkiləcəyi açıqlamasından sonra dollar əksər valyutalar qarşısında kəskin dəyər qazandı. ABŞ dollarının indeksi hazırda 105 bənd üzərində hərəkət etməkdədir.
Lakin işsizlik səviyyəsinin bu qədər yüksəlməsi əslində ABŞ dolları üçün təziyiq yaradan amildir. FED faiz qərarları verərkən istehlak qiymətləri indeksi, ÜDM və əmək bazarının göstəricilərinə xüsusi diqqət çəkir.
Hazırda məşhur cütlük avro/ dollar 0.56% artımla 1.0639 səviyyəsinə, ingilis funt-strelinqi/ dollar 0.88% artımla 1.2030 səviyyəsinə qalxarkən, dollar/yen bu günkü qazancı tam itirməklə 136.15 səviyyəsinə düşdü.
Hazırda birjalarda digər valyutaların əhvalı bu xəbərdən xeyli yüksəlib.