2 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da istehlak qiymətləri 8.6 faiz artıb

ABŞ-ın Əmək Statistikaları Bürosunun verdiyi məlumata görə, ötən ay ərzində inflyasiya daha da pisləşib. Ərzaq, kirayə və enerji xərclərinin artması gözləniləndən daha da çox artıb.

Aprel ayı ilə müqayisədə inflyasiya 0.3 faiz artım təşkil edir.

May ayında enerji qiymətləri 3.9 faiz, benzin 4.1 faiz bahalaşıb. Qida xərcləri isə 1.2 faiz artıb. Tez-tez dəyişkən enerji və ərzaq xərclərini aradan qaldıran əsas inflyasiya göstəricisi ayda 0.6 faiz və illik əsasda 6 faiz artıb.

Comerica Bankının baş iqtisadçısı Bill Adams bu barədə fikir bildirərək deyib: “ABŞ-da inflyasiya inadkar şəkildə yüksək olaraq qalır. Bu, Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu qlobal ərzaq və enerji çatışmazlığını, həmçinin ev qiymətləri, kirayə haqqı və tibbi xidmət kimi ölkə daxilində müəyyən edilmiş qiymətlərin yüksək sürətini əks etdirir”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər