ABŞ-da səhmlərinin qiyməti azı 1 milyon dollar təşkil edən 11,8 milyon insan yaşayır.
“İzvestiya.ru”ya istinadən, bu barədə Çikaqonun “Spectrem Group” konsaltinq şirkətinin tədqiqatının nəticələrində bildirilir.
Məlumata görə, Birləşmiş Ştatlarda səhmlərinin qiyməti azı 1 milyon dollar olan insanların sayı Portuqaliya və İsveç kimi ölkələrin əhalisinin sayını ötüb.
Nəticələrə görə, səhmləri 5-25 milyon dollar qiymətləndirilən sahibkarların sayı 3,5 faiz artaraq 1,397 milyon nəfər olub. 2018-ci ildə səhmləri 25 milyon dollardan çox olan sahibkarlar 0,6 faiz artıb. İndi onların sayı 173 min nəfər təşkil edir.
Report