Ötən həftə ABŞ-ın neft ehtiyatları artıb. “Reuters” agentliyinə istinadən xəbərə görə, bu barədə ABŞ Neft İnstitutunun (API) yaydığı məlumatda deyilir.
API-nin məlumatına görə, oktyabrın 21-də yekunlaşan həftə ərzində neft ehtiyatları 4,8 mln. barrel artaraq 471,9 mln. barrelə çatıb. Halbuki, analitiklər ehtiyatların 1,7 mln. barrel artacağını proqnozlaşdırıb.
APA