ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hökumət ölüm cəzasının federal səviyyədə icrasına qayıtmaq qərarına gəlib.
Banker.az xəbər verir ki, bu haqda ABŞ-ın Baş prokuroru William Barr məlumat verib. Bundan əlavə olaraq, ölüm cəzasının yaşlıları və uşaqları qətlə yetirmiş beş cinayətkara qarşı tətbiq edilməsi planlaşdırılır. Barr-ın göstərişinə uyğun olaraq ölüm hökmü 2019-cu ilin sonunda və ya 2020-ci ilin əvvəlində icra ediləcək.
Xatırladaq ki, ABŞ-da ölüm hökmünün icrası 2003-cü ildən bu günə qədər dayandırılmışdır. Həmin dövrlərdə bəzi ştatlarda ölüm hökmünün ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb. Bu gün Nyu-York, Nyu-Cersi də daxil olmaqla ölkənin 23 ştatında ölüm hökmü qadağan edilib.







