10 C
Baku
Friday, December 13, 2024

ABŞ-da qanuni olaraq marixuana istifadə edə bilmək üçün yeni kafe açılıb

Los-Ancelesdə qanuni olaraq marixuana istifadə edə biləcəyiniz yeni kafe açılıb. Kafeyə giriş üçün minimal yaş həddi 21-dir. Qeyd edək ki, daha əvvəl ABŞ-da elə bir müəssisə heç vaxt olmayıb.

Banker.az xəbər verir ki, CNN telekanalının verdiyi məlumata görə, oktyabrın 1-də Los-Ancelesdə açılan “Lowell Cafe”, qanuni olaraq marixuanadan istifadə etməyə icazə olan ilk müəssisədir. Bu kafe 1909-cu ildən bəri orqanik kannabis yetişdirən “Lowell Herb” şirkətinə məxsusdur.

Qeyd etmək lazımdır ki, Qərbi Hollivudda belə bir biznes açmaq üçün lisenziyaya namizədlərin ümumi sayı 300-ü keçir. Yerli hakimiyyət daha yeddi oxşar müəssisənin açılmasına icazə verməyi planlaşdırır.

Bloomberg-in verdiyi məlumata görə, açılış günündə kafenin qarşısında növbə düzülmüşdü.

İstəyirsinizsə, marixuananı özünüzlə gətirə bilərsiniz, ancaq bu halda 20 dollar ödəməli olacaqsınız. Əslində, kafedə satılan yeməklərin tərkibində marixuana yoxdur, çünki qanun buna icazə vermir. Kannabis yalnız əlavə olaraq sifariş oluna bilər, adi restoranlarda şərab və siqar sifariş etdiyiniz kimi.

Qonaqlara müxtəlif çətənə növləri və onlardan istifadənin təsiri barədə məlumat verən məsləhətçinin xidmətləri də təklif olunur. Eyni zamanda, kafedə marixuana çəkməyənlər üçün də xüsusi otaqlar var.

Ümumilikdə “Lowell Cafe” 45 milyon dollar investisiya cəlb edib, əsas investoru “Beehouse” vençur şirkətidir. Qeyd edək ki, ABŞ-ın 11 ştatında rəsmi olaraq marixuananın istifadəsinə icazə var. Onlara Alyaska, Kaliforniya, Kolorado, Men, Massaçuseç, Miçiqan, Nevada, Oreqon, Bermont və Vaşinqton daxildir.

 

Son xəbərlər
Digər xəbərlər