“Qəribə fenomen” – “Bloomberg” “Amazon” şirkətinin Çikaqo yaxınlığındakı çatdırılma stansiyalarında ağacların budaqlarından asılmış smartfonlar aşkar edib. Banker.az xəbər verir ki, agentliyin verdiyi məlumata görə, bu smartfonlar çatdırılma sifarişini digərlərindən daha sürətli alacağını gözləyən kuryerlərə məxsusdur.
Sifarişləri öz nəqliyyat vasitələri ilə çatdıran kuryerlər, “Uber”in analoqu olan “Amazon Flex” tətbiqindən istifadə edirlər. Əvvəllər bir çox istifadəçi üçün “Amazon Flex” əlavə pul qazanmağın yollarından biri olub, lakin böhranın başlaması ilə daha çox insan bu gəlir mənbəyindən asılı olmağa başlayıb və bu da rəqabətin artmasına gətirib çıxarıb.
Sifarişləri paylayarkən, avtomatlaşdırılmış sistem smartfonlarda çeşidləmə məntəqəsinə ən yaxşın olan kuryeri axtarır. Onların fikrincə, bu sistem smartfonun yerləşdiyi yeri 5 metr dəqiqliklə təyin edə bilir. Eyni zamanda kuryerlərin sifarişi qəbul etmək üçün cəmi iki dəqiqə vaxtı var.
The gig economy would be great, they said https://t.co/tKssLjjenn
— Blake Hounshell (@blakehounshell) September 1, 2020
Buna görə də kuryerlər smartfonları stansiyanın yaxınlığındakı ağaclara asırlar və özləri ilə apardıqları smartfonla sinxronlaşdırırlar. Bu yolla kuryerlər fiziki olaraq çeşidləmə məntəqəsinin yaxınlığında olmasalar da, çatdırılma üçün sifariş götürə bilirlər.
“Bloomberg” yazır ki, bu cür tədbirlər böhrandan və işsizlikdən əziyyət çəkən iqtisadiyyatda sərt rəqabət formalaşdırır. Bəzi kuryerlər bununla bağlı “Amazon”a şikayət ediblər. Şirkət bu məsələni araşdırdığını, lakin nəticələri açıqlaya bilmədiyini bildirib.
“Kuryerlər ağaclara bir neçə dənə smartfon asırlar ki, şirkət onları izləyə bilməsin”, – deyə simsiz əlaqə üzrə məsləhətçi Chetan Sharma agentliyə bildirib. “Onlar “Amazon” alqoritmlərindən bir addım öndədirlər”.
“Bloomberg” qeyd edir ki, ABŞ-da sürücülük vəsiqəsi və ya iş icazəsi olmayan insanlar kuryer kimi işləyə bilərlər. Rəsmi olaraq kuryer kimi işləyən şəxslər bundan istifadə edə bilər: tətbiqdə saatda 18 dollar ödəməklə sifariş alacaq, sonra qeyri-qanuni çalışan bir işçiyə 10 dollar ödəməklə 8 dollar qazanc əldə edəcək. “Amazon” bu barədə bilir, amma heç nə etmir”, – deyə kuryerlərdən biri agentliyə bildirib.