14 C
Baku
Thursday, March 28, 2024

“ABŞ-da şist nefti bazarı yalnız neft qiymətləri ilə idarə olunur”

“ABŞ-ın sürətlə böyüyən neft hasilatı bazarı yalnız qiymətlərə reaksiya verə bilir”.

Bunu Londonda keçirilən “IP Week” neft-qaz konfransında BP şirkətinin baş direktoru Bob Dadli deyib.

BP rəhbəri neft hasilatını bazardakı tələbata görə tənzimləyən Səudiyyə Ərəbistanı və Rusiyadan fərqli olaraq, ABŞ-da şist nefti bazarının yalnız neft qiymətləri ilə idarə olunduğunu dilə gətirib.

Qeyd edək ki, fevralın 8-15-də ABŞ-da gündəlik neft hasilatı 100 min barel artaraq rekord həddə – 12 milyon barelə çatıb. Eyni zamanda ölkədəki neft ehtiyatları ardıcıl beş həftədir artım göstərərək cəmi 3,7 milyon barel artıb/Report.

Son xəbərlər
Digər xəbərlər