Gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iqtisadçı-ekspert, 49 yaşlı Vüqar Bayramov da qatılacaq.
Bu barədə Banker.az Bayramovun özünün müraciətinə istinadən xəbər verir.
İqtisadçı-ekspert bildirib ki, o, 84 saylı Füzuli Seçki Dairəsindən iştirak etməyə qərar verdim. Bu məqsədlə dünən sənədlərimi seçki dairəsinə təqdim edib.
“Bu günədək qurucusu və rəhbəri olduğum İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və dəyərli iqtisadçı həmkarlarımın dəstəyi ilə hazırladığımız çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub. Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm.
Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram”- deyə iqtisadçı Bayramov deyir.
Bildirək ki, Vüqar Bayramov iqtisadi-maliyyə məsələləri üzrə dəfələrlə bank-müştəri məsələlərində həssas mövzuları göz önünə gətirib.







