ABŞ prezidenti Cozef Bayden ölkədəki ictimai kolleclərin hər kəs üçün, dövlət kollec və universitetlərinin isə illik gəliri 125 min dollardan az olan ailələr üçün pulsuz olması təşəbbüsünü irəli sürüb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Eyni zamanda, Bayden Təhsil Nazirliyinə müraciət edərək, tələbələrə dəstək proqramı çərçivəsində kredit borclarının ödənilməsinə qoyulan moratoriumun bu il ən az 30 sentyabr tarixinə qədər uzadılmasını istəyib. Qeyd edək ki, mövcud moratoriumun müddəti yanvarın sonunda başa çatır. Ümumilikdə ABŞ-da tələbə kreditinin həcmi 1.5 trilyon dollar təşkil edir.