3 C
Baku
Saturday, December 14, 2024

ABŞ-da “TikTok”u qadağan edən qanun layihəsi qəbul edilib

ABŞ Konqresinin Nümayəndələr Palatasında dünyaca məşhur sosial media platforması “TikTok”un gələcəyi ilə bağlı səsvermə keçirilib.

Səsvermədə 65 əleyhinə 352 səslə Çinin ByteDance şirkətinə məxsus “TikTok”un ABŞ-da qadağan edilməsinin lehinə səs verib.

Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi “ByteDance”dan “TikTok”un ABŞ-dakı səhmlərini 6 ay ərzində satmağı tələb edir və əgər şirkət satmasa, platforma ABŞ-da qadağan olunacaq.

ABŞ-da 170 milyon istifadəçisi olan “TikTok” üçün qanun layihəsi Senatda səsvermədən sonra təsdiq üçün ABŞ prezidenti Co Baydenə təqdim ediləcək.

Son xəbərlər
Digər xəbərlər