ABŞ Konqresinin Nümayəndələr palatası daha əvvəl Demokratlar partiyası tərəfindən başlanmış Prezident Donald Trampın impiçment proseduru çərçivəsində ilk səsvermə keçirib.
“TASS” agentliyinə istinadən, Konqresin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başladığı təhqiqat prosedurunu rəsmi dəstəkləyən qətnaməni bəyənib. Bu təhqiqatlar Nümayəndələr palatasının ümumilikdə altı komitəsində aparılır.
Qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib. Onun qəbul olunması üçün 218 nəfərin sadə çoxluğu tələb olunurdu. Gözlənildiyi kimi, bu məsələyə baxılarkən partiya mənsubiyyəti üzrə təfriqə yaranıb: respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər. Demokratlarla birlikdə daha bir müstəqil qanunverici də qətnaməni dəstəkləyib.