20 C
Baku
Wednesday, April 24, 2024

ABŞ daha bir iqtisadiyyat nəhəngini sanksiyalarla hədələyir

Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacaq.

Banker.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi “The Hindu” adlı sayta bildirib.

Qeyd olunub ki, bu qadağa “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında” (CAATSA) qanununa əsasən tətbiq ediləcək. Bu, İran, Şimali Koreya və Rusiya ilə “əhəmiyyətli alış-veriş” edən istənilən ölkəyə tətbiq olunacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-də Hindistana ikigünlük rəsmi səfəri gözlənilir. “S-400”lə bağlı müqavilənin də həmin səfər çərçivəsində imzalanacağı ehtimal edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər