18 C
Baku
Sunday, April 28, 2024

ABŞ-dan Azərbaycana səfir təyinatının gecikməsi ilə bağlı açıqlama

Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəddir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

 

“Mark V. Libbinin namizədliyi hazırda Senatın səsverməsini gözləyir. Cənab Libbinin 30 illik diplomatik təcrübəsi onu ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəd edir və Dövlət Departamenti onun (namizədliyinin -red.) təsdiqini gözləyir. Biz Senatı cənab Libbini və Dövlət Departamentinin təyinatının təsdiqlənməsi gözlənilən digər namizədlərini təsdiq etməyə çağırırıq”, – ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Xatırladaq ki, artıq bir müddət idi ki, diplomat Mark Libbinin namizədliyinin təsdiqi Senatın Xarici İşlər Komitəsində təxirə salınırdı. Libbinin namizədliyini Xarici İşlər Komitəsi təsdiqləsə də, Senatın yekun təsdiqi hələ verilməyib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər