12 C
Baku
Saturday, May 18, 2024

ABŞ-dan neft bazarındakı qiymətə təsir edə biləcək addım

Amerika Birləşmiş Ştatlarının (ABŞ) gündəlik neft istehsalı artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 102 min barrel artaraq gündəlik 11,1 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalında ən yüksək səviyyədir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Xam neft istehsalı əvvəlki həftə ilə müqayisədə Alyaska ştatında 2 min barrel, digər ştatlarda isə 100 min barrel artıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatında son 37 həftənin 31-də artım qeydə alınıb.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 222 min barrel azalaraq gündəlik 7,8 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 273 min barrel çoxalaraq sutkada 2,64 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın sentyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,5 milyon barrel olacaq.

 

– AzərTac

Son xəbərlər
 ⁠
Digər xəbərlər