13 C
Baku
Tuesday, May 7, 2024

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya

ABŞ KXDR-in kəşfiyyat peykini orbitə buraxması ilə əlaqədar ikisi Rusiya Federasiyasında yaşadığı iddia edilən 8 nəfər və bir təşkilatı sanksiya siyahısına əlavə edib.

Bu barədə dövlət katibi Antoni Blinkenin Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.

Blinkenin sözlərinə görə, sanksiyalar “noyabrın 21-də KXDR-in şübhəli hərbi kəşfiyyat peykini qanunsuz kosmosa göndərməsinə cavab olaraq” tətbiq edilir.

“Ortaya buraxılış zamanı ballistik raket texnologiyasından istifadə edilib ki, bu da BMT Təhlükəsizlik Şurasının bir çox qətnaməsinin pozulmasıdır və qlobal təhlükəsizliyə birbaşa zərbə vurur”, – deyə dövlət katibi bildirib.

Sanksiya siyahısına Moskva və Vladivostokda yaşayan iki KXDR vətəndaşı daxildir. Bundan əlavə, siyahıya Tehran, Pekin və Şenyanda yaşayan 4 nəfərin adı daxil edilib. ABŞ Maliyyə Nazirliyi iddia edir ki, bu şəxslər sanksiyalar rejimindən yan keçmək üçün KXDR-in maraqlarından çıxış ediblər.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər