14 C
Baku
Sunday, May 19, 2024

ABŞ dolları asta-asta ucuzlaşmağa baş qoyur

BANKER.AZ — ABŞ FED-nin (Federal Ehtiyat Sistemi) uçot faiz dərəcələrinin növbəti iclaslarda artım tempinin azaldacağına ümid bəsləyən investorlar riskli aktivlərə yatırım etdikləri üçün ABŞ dolları son iki gündə xeyli zəifləyib.

Noyabrın 1-2-də FED iclasında investorlar yumşalmaya doğru mesajların veriləcəyini gözləyirlər.

İndi ABŞ-də analitiklər Federal Açıq Bazar Komitəsinin (FOMC) dekabr ayından etibarən sərtləşmə tempini yavaşlatacağını gözləyir.

Dolların 6 əsas rəqibi qarşısında ölçülən dollar indeksi bir gecədə 1% sürüşdükdən sonra daha 0.14% azalaraq 105.75 bəndədək geriləyib.

FED yüksək inflyasiyanı ram etmək üçün bu ay ardıcıl dördüncü dəfə uçot faiz dərəcəsini faiz bəndinin ¾ (0.75 faiz bəndi) artırdı.

Lakin ABŞ-da istehlak qiymətləri indeksi ilə bağlı gözləniləndən bir qədər səngiyir. Növbəti müddətdə FED-in istədiyi tempdə inflyasiyanın olması ilə bağlı ümidlər meydana gəlir. Bu ümidlər, dollar indeksinin noyabr ayında 5.1% aşağı düşdüyünü və onu son 12 ildə ən pis aylıq göstəricisinə çevirib.

ABŞ-ın maliyyə üzrə strateqləri hələ ki, faiz artımının makroiqtisadi göstəricilərə dayanıq növbəti zamanda hansı istiqamətdə dəyişəcəyini də “qeyri-müəyyən” görürlər.

FED-in faiz artımı ilə bağlı digər həmkar mərkəzi banklarla müqayisədə daha çox “lüksü” var, lakin bunu da müəyyən çərçivəyə qədər edə biləcəyi də son müzakirələrdə müşahidə edilməkdədir.

Eyni zamanda, mərkəzi bankın pul siyasətçiləri inflyasiya ilə bağlı cüzi irəliləyişin olduğunu və dərəcələrin hələ də yüksəlməsinə ehtiyac olduğunu etiraf etdilər.

Yapon yeni əsas valyutalar arasında dollar qarşısında ən güclü bahalaşanlardan biri olub və 0.5% artaraq 138.88 səviyyəsinə yüksəlib.

Avro 0.39% bahalaşaraq 1.0435 dollar, sterlinq isə sonuncu gün ərzində 0.43% bahalaşaraq 1.2090 dollara ticarət edilməkdədir. İngiltərənin ilkin iqtisadi fəaliyyət məlumatları gözləntiləri üstələdikdən sonra funt bir gecədə 1.4% bahalaşdı.

Riskə həssas Avstraliya dolları 0.25% artaraq 0.675 dollara, “kivi” ləqəbli Yeni Zelandiya dolları isə 0.17% artaraq 0.6255 dollara yüksəlib.

ABŞ bazarları cümə axşamı Şükran günü üçün bağlanacaq və likvidlik həmişəkindən daha zəif olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər